Əcnəbilərin vətəndaşlıq almaq prosedurunun sadələşdirilməsi

- Rusiya qanun qəbul etdi
17 Aprel 2020 - 12:26

Rusiya Dövlət Duması əcnəbilərin Rusiya vətəndaşlığını almaq prosedurunun sadələşdirilməsi haqqında qanun layihəsini qəbul edib.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yeni qanun layihəsində Rusiya vətəndaşlığı almaq istəyən xarici ölkə vətəndaşlarına Rusiya vətəndaşlığını qəbul edərkən mənsub olduğu ölkənin vətəndaşlığından imtina etməmək icazəsi verir.

Bundan başqa, yeni qanunla Rusiya vətəndaşlığını almaq istəyən əcnəbilərdən 3 il Rusiyada yaşamaq məcburiyyəti tələbi də ləğv edilib.

Qeyd edək ki, indiyə kimi Rusiya vətəndaşlığı almaq istəyən əcnəbilər üçün şərtlərdən biri mənsub olduğu ölkənin vətəndaşlığından imtina etmək idi. Bundan sonra isə bu şərt tələb olunmayacaq.