“Əfqanıstandan Orta Asiyaya terrorçuların keçməsinə imkan verə bilmərik” –

LAVROV
01 Noyabr 2021 - 10:07
“Rusiyanın Əfqanıstanda hakimiyyət dəyişikliyi kontekstində əsas işi Mərkəzi Asiya ölkələrində sabitliyin pozulmasına imkan verməməkdir”. 
Azpost.info bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 24”-ün efirində bəyan edib.
“Qonşu ölkələrdə sabitliyin pozulmasına, Əfqanıstandan terrorçu və narkotik axınına  imkan vermək olmaz. Bu təhlükələri Əfqanıstanın özündə yatırmaq zərurəti var”-deyə o vurğulayıb.
Lavrovun sözlərinə görə, Mərkəzi Asiya ölkələrində sabitlik Moskva üçün çox vacibdir: “Bu dövlətlərlə Rusiya arasında heç bir sərhədd yoxdur və vizasız gediş-gəliş rejimi mövcuddur”.