Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı çıxdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzv olmaq niyyətinə qarşı çıxıb.

Azpost.info xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb. “Biz buna müsbət yanaşmırıq. Skandinaviya ölkələri terror təşkilatlarının qonaq evləri kimidir.

Terrorçuluğu dəstəkləyənlər bu ölkələrin parlamentlərində oturublar”. Ərdoğanın sözlərinə görə, bu ölkələrdə Ankaranın terror təşkilatı hesab etdiyi Kürdüstan Fəhlə Partiyasının nümayəndələri fəaliyyət göstərir.

Azpost.info

Əvvəlki məqalə

“İsrail, Türkiyə və İsveçrə bu məsələnin üzərində işləyir” –

Sonrakı məqalə

İstanbulda Media və İnformasiya üzrə İşçi Qrupun iclası keçirilir