“Türkiyə parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsinə oktyabrda baxacaq”.
Azpost.info bildirir ki, bu barədə prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra müraciətində bildirib.
“Parlament yay tətilindən sonra işini bərpa edəndə biz lazım olan hər şeyi edəcəyik. Deputatlar İsveçin ərizəsinə baxacaqlar. Yekun qərar deputatlarındır”, – prezident bildirib.
O qeyd edib ki, Ankara istənilən problemi dialoq yolu ilə həll etməyə hazırdır.
Ərdoğan vurğulayıb ki, Ankara terrorizm və islamofobiya ilə mübarizə baxımından Stokholmdan olan gözləntilərini açıq şəkildə ifadə edib.
İyulun 10-da Ərdoğan Vilnüsdə NATO sammitinin başlaması ərəfəsində bildirib ki, İsveçin alyansa daxil olması Türkiyənin Aİ-yə qəbulundan sonra mümkün olacaq.