NATO Baş katibi Yens Stoltenberq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda görüşüb.
Bu barədə NATO Baş katibi “X” hesabında paylaşım edib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Nyu Yorkda görüşməkdən məmnunam. Biz terrorla mübarizəmizi gücləndirməyi müzakirə etdik. Mən Türkiyənin Qara dəniz taxıl müqaviləsini bərpası üçün gördüyü işlərə görə ona təşəkkür etdim. Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünə ən qısa zamanda baxacaq”, -deyə Stoltenberq paylaşımında bildirib.
Azpost.info