Ərdoğan “taxıl sazişi”nin bərpasında israrlıdır- Putinlə danışıqlar aparacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə BMT Baş katibi Antonio Quterreşlə “taxıl sazişi” üzrə apardığı danışıqların təfərrüatlarını çatdıracaq.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə president administrasiyasındakı mənbə bildirib.

Mənbənin sözlərinə görə, bu, çox güman ki, Ərdoğan BMT Baş Assambleyasının sessiyasının keçirildiyi Nyu-Yorkdan qayıdanda baş verəcək.

“Prezident Ərdoğan Putinlə telefon danışıqları aparmaq niyyətində olduğunu bildirib. Bu danışıqlar çox güman ki, cənab Prezident Birləşmiş Ştatlardan qayıdandan sonra baş tutacaq, orada o, BMT-nin baş katibi və liderlərlə Qara dəniz taxıl təşəbbüsünün bərpası ilə bağlı konkret təklifləri müzakirə edəcək”, – mənbə qeyd edib.

O əlavə edib ki, Türkiyə prezidenti “taxıl sazişi”ni bərpa etmək cəhdlərini dayandırmayacaq, BMT tribunasından dünya liderlərini də buna çağıracaq.

Azpost.info

Əvvəlki məqalə

“Çin Tayvan istiqamətinə 103 hərbi təyyarə, 9 hərbi gəmi göndərib”

Sonrakı məqalə

DTX sədri rəsmi İrəvanı əsir və girov götürülmüş vətəndaşlarla bağlı sıx əməkdaşlığa dəvət edib