Türkiyə prezidenti Ərdoğan Putinlə telefon danışığı zamanı ticarətdə rubldan istifadənin mümkünlüyünü bildirib.
Azpost.info bildirir ki, bu barədə A Haber telekanalı məlumat yayıb.
Bazar günü Putin və Ərdoğan arasında Ukrayna ilə bağlı aparılan telefon danışğı 1 saat çəkib.
“Dünənki danışıqların təfərrüatları məlum olub. Ərdoğan deyib ki, Türkiyə və Rusiya ticarətdə dollar, avro, rubl, qızıl və yuandan istifadə edə bilər. Putin isə öz növbəsində Azov dənizində olan günəbaxan yağı və buğda yüklənmiş 30 gəminin göndərilməsi barədə göstəriş verib”-deyə telekanal bildirib.