Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün milli döyüş təyyarəsinin rəsmi adını açıqlayıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, hərbi təyyarənin adı “KAAN” olacaq.
“Bu gün müdafiə və aviasiya sahəsində tarixi günlərimizdən birini yaşayırıq”, – Ərdoğan deyib. O, artıq quruda, dənizdə, havada və kosmosda, bir sözlə, hər yerdə olduqlarını qeyd edib.
Qeyd edək ki, milli döyüş təyyarəsi bu ilin sonunadək ilk uçuşunu həyata keçirəcək.