“Türkiyə və Rusiya prezidentləri arasında taxıl sazişi ilə bağlı telefon danışığı gündəmdədir”.
Azpost.info bildirir ki, bu barədə RİA -Novosti-yə Türkiyənin Prezident administrasiyasından bildiriblər. Lakin bu danışığın BMT Baş Assambleyasının iclasından əvvəl, yoxsa sonra baş tutacağı hələ məlum deyil.
“Belə bir söhbət gündəmdədir, lakin hələlik konkret tarixlər yoxdur”, – agentliyin həmsöhbəti bildirib.
Bundan əvvəl Ərdoğan Hindistanda keçirilən G20 sammitindən qayıdarkən jurnalistlərə bildirib ki, Qara dəniz taxıl təşəbbüsünün bərpası məsələsində Rusiya lideri ilə “telefon diplomatiyası”nı davam etdirmək niyyətindədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, ölkə BMT-dən Rusiyaya taxıl sazişi, o cümlədən SWIFT və sığortaya yenidən qoşulma təklifləri ilə daha bir məktub göndərməyi xahiş edəcək.
Taxıl sazişi iyulun 18-də dayandırılıb. Putin bəyan edib ki, Qərb razılaşmanın şərtlərini yerinə yetirilməyib.
Azpost.info