Ərdoğan və Rəisi ilk dəfə üz-üzə görüşdülər –

FOTO
28 Noyabr 2021 - 12:41

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısı ilə əlaqədar Türkmənistanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli görüşlərə başlayıb.

Səfər çərçivəsində Türkiyə Prezidenti İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.

Bu, hər iki prezidentin üzbəüz ilk görüşü olub.
Görüş yarım saat davam edib.