Ərdoğanla Merkel arasında növbəti telefon danışığı olub

13 Yanvar 2020 - 08:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.

Hər iki lider bölgədəki vəziyyət və Liviya mövzusunda müzakirələr aparıblar. Qeyd edək ki, Liviya mövzusunda Rusiya və Türkiyənin də iştirakı ilə Berlində konfrans olacağı gözlənilir.

Xatırladaq ki, Ərdoğanla Merkel yanvarın 6-da və 9-da telefon danışığı zamanı Liviya, eləcə də Suriya məsələsini müzakirə ediblər. (APA)