Ərdoğanla Zelenski arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Ukrayna Prezidenti “Twitter“ hesabında məlumat paylaşıb.

O paylaşımında taxıl müqaviləsinin qorunub saxlanmasında fəal iştirakına, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi davamlı dəstəyə görə türkiyəli həmkarına təşəkkür edib.

“Ukraynalı əsirlərin və siyasi məhbusların qaytarılması üçün gələcək addımları müzakirə etdik. Mən də bu məsələdə Türkiyənin dəstəyinə ümid edirəm”, – deyə Zelenski bildirib.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Ərdoğanı Soçi görüşü barədə məlumatlandırıb

Sonrakı məqalə

Rusiyanın “Regnum” İnformasiya agentliyi fəaliyyətini dayandırıb