“Sanksiyaların arxasında gizlənib qiymətlərin süni şəkildə qaldırılması yolverilməzdir”.
Azpost.info bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Volodin ölkədə qiymət artımı ilə bağlı xəbərləri şərh edərkən yazıb.
“Qiymətlərin qalxması ilə bağlı çoxlu müraciətlər daxil olur. Müraciətlər ən çox ərzaq məhsulları ilə bağlıdır. Bir sıra regionlarda qiymətlər 2 dəfə artıb. Hamı anlayışla qarşılayır: Məhdudlaşdırıcı tədbirlər şərtləri çərçivəsində bəzi mallar bahalaşa bilər. Amma əgər söhbət Rusiyada istehsal olunan mallardan gedirsə burada qiymətləri süni şəkildə artırmaq yolverilməzdir”.
Voldin deyib ki, Rusiyada təchizatçılar kifayət qədər mal ehtiyatlarına malikdir.