Ərzaq mağazasında çörək və “patı” satan şəxs tutuldu –

FOTO (DİN)
25 Noyabr 2021 - 11:11

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində 4 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, polis əməkdaşları narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Altan Məhərrəmovu saxlayıb. Həmin şəxsin icarə əsasında işlədiyi ərzaq mağazasına baxış zamanı külli miqdarda metamfetamin və kustar üsulla hazırlanan heroin aşkar olunub.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Etibar Mirzəməmmədov və Bakı şəhər sakini Ənvər Aslanov saxlanılıblar. Həmin şəxslərin yaşadığı evə və üzərlərinə baxış keçirilən zaman bükülülərdə metamfetamin və heroin aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlərlə Sumqayıt şəhərində qeydiyyatda olub, Qubada kirayədə yaşayan Firudin Əliyev saxlanılıb. Həmin şəxsin üzərinə və avtomobilinə baxış keçirilən zaman metamfetamin və marixuana aşkar edilib.

Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb.