“Ətrafındakı “Rasputin”lər Putini təcrid edib, reallıq hissini itirib” –ABŞ-ın sabiq dövlət katibi

“Mən Putini çoxdan və yaxşı tanıyıram. Onun ətrafında həqiqəti deməkdən qorxmayan güclü adamlar var idi. İndi onun ətrafını yalnız “baş üstə” deyən adamlar tutub”.

Azpost.info bildirir ki. bu sözləri ABŞ-ın sabiq dövlət katibi Kondoliza Rays BBC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Putinin məsələlərə qəribə baxışı olurdu: “Yadımdadır, bir dəfə o prezident Buşa dedi ki, ABŞ-dan toyuq əti idxalını qadağan etmək istəyir. Guya biz xaricə xəstə quşları göndəririk. Buş heyrətlə “nə?” deyə soruşdu. Bəli, bəzən onun mənbələri çox qəribə olurdu”. 

Rays deyib ki, hazırda Putinin ətrafında yalnız  “baş üstə” deyən adamlar var və bu adamlar ona zidd getmirlər: “Pandemiya dövründə Putin çoxlu sayda müasir “Rasputin”lərlə əlaqədə olub. Onlar Putinə tarixdə yeri barədə pıçıldayıblar. Onu Rusiya imperiyasının bərpa edilməsində roluna inandırıblar. Belə vəziyyət “fövqəlböyüklük maniyası” yaradır. Bu isə reallıq hisini itirməyə aparıb çıxarır”. 

Sabiq dövlət katibi deyib ki, 2008-ci ildəki Gürcüstan savaşından fərqli olaraq Ukrayna müharibəsi zamanı Qərbin reaksiyası Putini şoka salıb: “O, Rusiya ordusunun necə zəif olmasından heyrətlənmişdi. Gürcüstandan sonra ruslar orduya milyardlarla pul xərcləmişdilər. O qədər puldan sonra belə ordu?! Odur ki, hesab edirəm ki, Putin Rusiyada təcrid edilmiş fiqurdur. Ətrafı ona baş verənlər barədə düzgün məlumat vermir”. 

K.Raysın fikrincə, Priqojin qiyamı rus xalqına müəyyən qədər həqiqəti bilməyə kömək etdi.

Azpost.info

Əvvəlki məqalə

Rusiya Nazirlər Kabinetinin binasında maska ​​rejimi bərpa olunub –

Sonrakı məqalə

Ermənilərin Ağdam istiqamətində istehkam qurmaq cəhdinin qarşısı alınıb