Əfqanıstanda SSRİ işğalının faciə simvolu sayılan qız İtaliyaya qaçıb –FOTO

“National Geographic” jurnalının üz qabığı ilə məşhurlaşan “Əfqan qızı” Şərbət Qula İtaliyanın paytaxtı Romaya gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Qulanın avqust hadisələrindən sonra ölkəsini tərk etmək üçün İtaliyadan kömək istəyib. İtaliya buna cavab olaraq “Əfqan qızı”nın İtaliyaya səfərini və Romaya gəlməsini təşkil edib.

Qeyd edək ki, məşhur foto 1985-ci ildə fotoqraf Stiv Makkarri tərəfindən çəkilib. Həmin vaxt Qulanın 12 yaşı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə İŞİD-çinin azərbaycanlı arvadı təslim oldu –

Sonrakı məqalə

Daha 43 mühacir Almaniyadan Azərbaycana geri göndərilib –