Ərdoğan Balidən qayıdan kimi Putinlə “taxıl sazişi”ni müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Balidə keçirilən G20 sammitindən qayıtdıqdan sonra rusiyalı həmkarı Vladimir Putinlə bir sıra məsələləri müzakirə edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Ərdoğan özü bildirib.

Türkiyə prezidenti “taxıl sazişi”ni bir il uzatmağa ümid edir və bunun reallaşacağına inanır: “Mən bu işi davam etdirəcəyimizə inanıram. Danışıqlarımız davam edir və inanıram ki, bundan sonra da davam edəcək. Heç bir problem yoxdur”.

Azpost.info

Əvvəlki məqalə

Ölkədə sığorta olunanların sayı 2 milyona yaxınlaşır

Sonrakı məqalə

“Ukraynada hərbi əməliyyatlar dayandırılmalıdır”