Ərdoğan BMT baş katibi ilə Ukraynanı müzakirə edib

BMT baş katibi Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada görüş zamanı Ukraynadakı vəziyyəti, xüsusilə humanitar evakuasiya dəhlizlərini müzakirə ediblər.

Azpost.info xəbər verir ki, bu barədə BMT-nin Türkiyədəki ofisindən məlumat verilib. “Baş katib Quterreş və prezident Ərdoğan bir daha təsdiq etdilər ki, onların ümumi məqsədi müharibəni mümkün qədər tez bitirmək və mülki əhalinin iztirablarına son qoymaq üçün şərait yaratmaqdır. Onlar mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlər vasitəsilə təsirli çıxışın zəruriliyini vurğulayıblar”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Sabah 30 dərəcə isti olacaq-

Sonrakı məqalə

Cüdo Federasiyası kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb