Ərdoğan Pakistanın yeni Baş nazirini təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın yeni Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.

Bu barədə Anadolu agentliyi məlumat yayıb.

Bildirilir ki, Türkiyə Prezidenti Şahbaz Şərifi Pakistanın yeni Baş naziri seçilməsi münasibətilə təbrik edib.

Seçki nəticələrinin dost və qardaş ölkənin xalqı üçün faydalı olmasını arzulayan Ərdoğan Türkiyənin köklü tarix, dostluq və qardaşlıq əlaqələrinin bağlı olduğu Pakistanda baş verənləri yaxından izlədiklərini, bütün çətinliklərə və maneələrə baxmayaraq, Pakistan xalqının üzləşdiyi, demokratiya və qanunun aliliyindən əl çəkmədiyini qeyd edib.

Ərdoğan Türkiyənin indiyə qədər olduğu kimi bundan sonra da Pakistana hər cür dəstəyi verəcəyini vurğulayıb.

Qeyd edək ki, Şahbaz Şərif dünən Pakistanın yeni Baş naziri seçilib. O, hökumət başçısı vəzifəsinə yeganə namizəd olub. Şərifin lehinə 174 deputat səs verib.

Şahbaz Şərif Baş nazir vəzifəsində İmran Xanı əvəzləyib.

Əvvəlki məqalə

Rusiya yaxın günlərdə defolt elan edə bilər –

Sonrakı məqalə

İlon Mask insanabənzər robotun istehsalına başlayır