Ərdoğan prezident seçilsə ilk səfərini Azərbaycana edəcək

Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda qalib gələcəyi təqdirdə ilk səfər edəcəyi ölkə Azərbaycan olacaq.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycan KİV-lərinə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bunu soruşmağa dəyərmi? Hər dəfə necə olur? Biz iki ölkəyə – Azərbaycan və Şimali Kipr Türk Respublikasına səfər edirik”, – Çavuşoğlu deyib.

Ərdoğan prezident seçkilərinin ilk turunda 49,52%, 7 müxalifət partiyasından olan rəqibi Kamal Kılıçdaroğlu isə 44,88% səs toplayıb. Sinan Oğanı 2 milyon 796 min 613 seçici (5,28%) dəstəkləyib.

Eyni zamanda 1 milyon 20 mindən çox səs etibarsız sayılıb. Prezident seçkilərinin ikinci turu mayın 28-nə təyin edilib. Namizədin qalib gəlməsi üçün sadə səs çoxluğu lazımdır.

Əvvəlki məqalə

“Barselona” ardıcıl iki məğlubiyyətlə üzləşib

Sonrakı məqalə

“Ermənistan cəmiyyətində Qarabağa əvvəlki münasibət dəyişib” –