“Ərdoğan Putinlə görüşüb “taxıl sazişi”ni müzakirə etməyi planlaşdırır”– Türkiyəli nazir

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Balidə keçirilən G20 sammitində rusiyalı həmkarı Vladimir Putinlə görüşüb “taxıl sazişi”ni müzakirə etməyi nəzərdə tutub”.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi bildirib.

Qeyd edək ki, Ərdoğan Putinlə Afrikanın ən yoxsul ölkələrinə pulsuz Rusiya taxılının və gübrələrin göndərilməsinin mümkünlüyü barədə razılığa gəldiyini bildirmişdi.

“Prezident Ərdoğan cənab Putinlə görüşdə bu məsələni yenidən gündəmə gətirəcək. Ondan sonra proses sürətləndiriləcək”, – Kirişçi deyib.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Putin və Lukaşenko KTMT-nin İrəvanda keçiriləcək iclasını müzakirə ediblər