Ərdoğan Putinlə Zəngəzur dəhlizi barədə danışdığına işarə etdi

“Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli bir fürsət olacaq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan bildirib ki, Zəngəzur dəhlizində həyata keçiriləcək avtomobil və dəmir yolu xətləri bütün bölgə ölkələri üçün ticari və iqtisadi imkanlar yaradacaq.

“Azərbaycan bu dəhliz üçün geniş həcmli işlər görür. Təbii ki, Ermənistan tərəfi də öhdəliklərini yerinə yetirməlidir”, – deyə Türkiyə dövlət başçısı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fransanın sabiq prezidenti Sarkozi azadlıqdan məhrum edilib –

Sonrakı məqalə

Ceyhun Bayramov sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Ermənistana çağırış edib