Ərdoğan sultan Əbdülhəmidin məktubunu Kuba Prezidentinə verib

Kuba Prezidenti Migel Dias-Kanel Bermudes Türkiyəyə səfər edib.

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Kuba Prezidenti Migel Dias-Kanel Bermudes arasında ikitərəfli görüş keçirilib, sonra iki ölkəni təmsil edən rəsmi heyətlər bir araya gəliblər.

Türkiyəyə ilə Kuba arasında əməkdaşlığa dair 6 sənəd imzalanıb.

Dövlət başçıları birgə keçirdikləri mətbuat konfransında iki ölkə arasında tarixi dostluq və əməkdaşlığın inkişaf istiqamətlərinə dair fikir və mülahizələrini bölüşüblər.

Türkiyə Prezidenti bildirib ki, yerləşdiyi regiondakı əsas tərəfdaşlarımızdan biri olan Kuba ilə həmrəyliyimizi artırmağın qayğısına qalırıq.

Kuba Prezidenti isə vurğulayıb ki, Türkiyə ilə əməkdaşlığı daha da genişləndirmək məsələsində həmrəyik.

Görüşdə Osmanlı-Kuba münasibətlərinin tarixinə ekskursiya edilib, Kubanın birinci Prezidenti Tomas Estrada Palmanın 1902-ci ildə Osmanlı Sultanına ünvanlandığı məktub xatırlanıb. Yeni qurulan Kuba Respublikası Osmanlı dövləti ilə əməkdaşlığa ciddi səylər göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osmanlı Sultanına ünvanlanan və ikinci Əbdülhəmidin Kubanın birinci Prezidentinə cavab məktubunun sürətlərini kubalı həmkarına hədiyyə edib.

Əvvəlki məqalə

“Türkiyənin Suriya əməliyyatı ABŞ hərbçilərinə təhlükə yaradır”

Sonrakı məqalə

“Avropa İttifaqı Rusiya nefti üçün yuxarı qiymət həddini razılaşdıra bilmədi”