Ərdoğanla Bəşər Əsədin görüşünə hazırlıq gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya lideri Bəşər Əsəd arasında görüşün keçirilməsi ehtimal olunur.

 

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tv100” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, hazırda bu görüşün tarixinə dair danışıqlar davam edir. Nazir əlavə edib ki, Türkiyə Suriyadan qoşunlarını geri çəksə ölkə ərazisində terror hadisələri baş verə bilər.

Onun sözlərinə görə, Suriya hakimiyyəti bunu tələb etsə də, Türkiyə öz təhlükəsizliyini təmin etməyə davam edəcək və görüşlərə dair ön şərtləri qəbul etməyəcək.

 

Nazir, həmçinin, suriyalı qaçqınların təhlükəsiz şəkildə vətənlərinə dönməklərinin təmin edilməsinin vacibliyni də vurğulayıb. (APA)

Əvvəlki məqalə

Biləsuvarda partlayış olan binanın dağıntıları altndan iki nəfər çıxarılıb

Sonrakı məqalə

Biləsuvarda baş verən partlayışda dağıntı altında qalan ana axtarılır –