1 kiloqram heroin və “patı” ilə Şamaxıya istirahətə gələn şəxs tutulub –FOTO

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı xarici ölkə vətəndaşından onlayn yolla narkotik vasitə alan şəxs tutularaq məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Ağdam rayonunda qeydiyyatda olan, lakin Bakıda yaşayan, əvvəllər də məhkum olunmuş Sərdar Əsgərov saxlanılıb. Axtarış zamanı ondan satış məqsədilə üzərində daşıdığı 700 qrama yaxın heroin və külli miqdarda psixotrop maddə – metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində heroin və metamfetamini sosial şəbəkədə tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla aldığını, Şamaxıya isə gəzmək məqsədilə gəldiyini bildirib.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan neftinin qiyməti 92 dolları keçib

Sonrakı məqalə

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət edib