1 milyon insan sığınacaq üçün Avropaya müraciət edib- "İlk beşlik"də olan ÖLKƏLƏR

Ötən il sığınacaqla bağlı Avropa İttifaqına (Aİ) təxminən 966 min müraciət daxil olub ki, bu da 2021-ci illə müqayisədə 1,5 dəfə çoxdur.

Azpost.info xəbər verir ki, bu barədə Aİ-nin Miqrasiya Agentliyi məlumat yayıb.

Məlumata görə, artım COVID-19 pandemiyası, münaqişələr və ərzaq təhlükəsizliyi problemlərindən sonra məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır.

Ərizələrin əksəriyyəti Suriya (132 min), Əfqanıstan (129 min), Türkiyə (55 min), Venesuela (51 min), Kolumbiya (43 min) vətəndaşları tərəfindən verilib.

Banqladeş və Gürcüstan vətəndaşlarından da rekord sayda müraciət daxil olduğu bildirilir.

Bundan başqa, Aİ-yə 4 milyona yaxın Ukrayna vətəndaşı müvəqqəti müdafiə üçün müraciət edib. Hazırda ukraynalılar Aİ ölkələrinə sənədsiz daxil ola, bundan sonra müvəqqəti sığınacaq üçün müraciət edə bilərlər. Bu statusla yanaşı, ərizəçilər yaşayış icazəsi, tibbi xidmət, mənzil və uşaqlar üçün təhsil almaq imkanı əldə edirlər.

Azpost.info

Əvvəlki məqalə

MTN generalı Ali Məhkəməyə müraciət edib

Sonrakı məqalə

Tanınmış nevroloq insultun başlanğıc əlamətlərini sadalayıb