Sosial şəbəkələrdə narkotiklərin satışı xaricdən idarə olunur-DİN

“Dövlət sərhədinin 132 km-lik sahəsi uzun illər işğal altında olub. Uzun illər erməni işğalında olan ərazilərdə separatçılar tərəfindən narkotik satışı üçün şərait yaradılmışdı. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunmasından sonra dövlət sərhədlərimizin qorunması təmin edilib”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov İslam Hümbətov deyib.

O bildirib ki, ancaq bundan sonra dövlətimizin digər sərhədlərinə narkotiklə bağlı təhdidlər artıb: “Məlumat üçün deyim ki, aşkar olunan güclü təsirə malik olan narkotik maddələrin 99 %-i cənub sərhədlərindən daxil olan heroin və tiryəkdir. Bunların da çox böyük hissəsinin ölkəyə daxil olması üçün sərhədlər bərpa olunduğuna görə digər sərhədlərə təhdidlər olub. Bu təhdidlərin böyük hissəsinin qarşısı alınıb. Tək DİN ötən illə müqayisədə ton yarımdan çox narkotik vasitə dövriyyədən çıxarıb. Onların da çox hissəsini metamfetamin və heroin təşkil edir”.

İ.Hümbətov məktəblərdə antinarkotik təbliğatı ilə bağlı tədbirlər həyata keçirildiyini vurğulayıb: “Hazırda DİN-in hər bir əməkdaşı narkotiklə mübarizəyə vicdanla yanaşırlar. Dövriyyədən çıxan narkotiklər əvvəlki illərlə müqayisədə qat-qat çoxdur. Yetkinlik yaşına çatmayan şəxslərin siqaretə və digər narkotik vasitələrdən istifadəsi ilə bağlı məsələ var. Onlarla bağlı müəyyən profilaktik işlər aparılır”.

İdarə rəisi internetdə narkotik vasitələrin satışı məsələsinə də toxunub: “Sosial mediadan istifadənin xeyirli tərəfi ilə yanaşı ziyanlı tərəfi də var. Sosial şəbəkələrdə satılan narkotik vasitələrin səhifələri xaricdən idarə olunur. Bu sahədə hamımız ayıq olmalıyıq. Gənclərimizə çağırış etmək lazımdır ki, ehtiyatlı olsunlar. DİN-də bununla bağlı yeni şöbə yaradılıb. Sosial şəbəkələrdə narkotik satan səhifələrlə bağlı araşdırmalar aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dekabrın ilk gününün hava proqnozu açıqlanıb

Sonrakı məqalə

Parlamentdə “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmə keçirilib