11 ildir polisdən gizlənən italiyalı mafiozu sevimli futbol klubu ələ verdi

11 ildir hüquq-mühafizə orqanlarından gizlənən italyan mafioz Vinçenso La Porta Yunanıstanın Korfu adasında həbs edilib.

Azpost.info xəbər verir ki, o, sevimli komandası “Napoli”nin çempionluğu şərəfinə keçirilən tədbirə gəldikdən sonra saxlanılıb.

La Portanın yeri restoranın eyvanında çəkilmiş fotoşəkildən müəyyən edib. Şəkildə onun başında futbol klubunun beysbol şapkası olub. Yoxlama və müşahidədən sonra həmin şəxs Yunanıstan polisinin əməkdaşlığı ilə saxlanılıb.

İtaliya ədliyyə rəsmiləri La Portanı vergidən yayınma və digər vergi və maliyyə cinayətlərinə görə 14 il 4 ay həbs cəzasına məhkum ediblər.

Azpost.info

Əvvəlki məqalə

Kiyev Rusiyanın 6 limanında hərbi təhlükə barədə xəbərdarlıq edib

Sonrakı məqalə

“Neftçi” “Beşiktaş”la oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib