Parlamentdə əmək pensiyaları ilə bağlı dinləmə keçiriləcək

Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanunun icra vəziyyəti barədə dinləmə keçiriləcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

O qeyd edib ki, bu məsələ komitənin 2022-ci il yaz sessiyası üçün iş planına daxil edilib: “Pensiya islahatları Azərbaycanda uzun illərdir davam edir. Burada uğurlar da, müəyyən çətinliklər də var. Həmçinin, biz qarşıda duran perspektivləri müzakirə edəcəyik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi, mütəxəssisləri ilə birlikdə bu məsələlərlə bağlı birgə dinləmə keçirməyi nəzərdə tuturuq”.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası 26 yanvar 2022-ci ildə keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Birinci vitse-prezidentə və vitse-prezidentlərə ömürlük diplomatik pasport veriləcək

Sonrakı məqalə

Bakıda yarımtikilidə yanğın söndürülüb –