Avropa Komissiyası davam hərbi əməliyyatlarla əlaqədar Ukraynada aclıq təhlükəsi barədə xəbərdarlıq edib.
Azpost.info xəbər verir ki, Böhranların idarə edilməsi və humanitar yardım üzrə Avropa komissarı Janez Lenarçiç mühasirəyə alınmış şəhərlərdə insanların acınacaqlı durumda olduğunu deyib: “Ukraynada humanitar böhran kritik həddə çatıb. Vəziyyət daha da pisləşə bilər. Yemək, su, tibbi xidmət yoxdur. Bu amansız işğal üç həftə əvvəl başlayıb, lakin biz artıq qıtlığın yaxınlaşdığını görürük. Mariupol kimi mühasirəyə alınmış şəhərlərin əhalisi aclıqdan əziyyət çəkir. Şahidlər supermarketlərin talan edildiyini bildirirlər”.
Janez Lenarçiç bildirib ki, tibb müəssisələri həyati vacib malların əldə edilməsində böyük çətinliklərlə üzləşirlər: “Humanitar yardımların heç bir maneə olmadan təmin edilməsi öhdəlikdir. Avropa Komissiyası yerli tərəfdaşları ilə birlikdə humanitar yardımını genişləndirir. Lakin hərbi əməliyyatlar davam etdikcə və atəşkəs əldə edilmədikcə, ehtiyacı olan insanların yardımlara çıxışı qeyri-mümkün olacaq”.
Azpost.info