131 hərbi qulluqçuya Bakıda mənzil verildi –2137 nəfər hərbçi ev növbəsinə qəbul olundu

Noyabrın 26-da Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib.
Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov komissiyanın bu günədək olan fəaliyyəti barədə yeni tərkibi məlumatlandırıb, əsas məqsəd və hədəflərdən bəhs edib. Qeyd olunub ki, sözügedən Fərman Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunmasını nəzərdə tutur.
“Bugünədək Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası olaraq Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil növbəsinə qəbul olunan 2387 hərbi qulluqçudan artıq 2093 nəfər Bakı, Gəncə şəhərlərində, Abşeron rayonunda və Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərlə təmin olunub”, deyə S.Şərifov bildirib.
İclasda Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil almaq hüququ qazanan növbəti 2137 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul olunması qərara alınıb.
Eyni zamanda, komissiya üzvləri hazırda mənzil növbəsində olan hərbi qulluqçulardan 131-nin Bakı şəhərində tam təmirli mənzillərlə təmin olunması barədə qərar qəbul edib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əvəz Həsənov vəfat edib

Sonrakı məqalə

Putin, İlham Əliyev və Paşinyan arasında keçirilən üçtərəfli görüşün –