160 axtarış-xilasetmə qrupu İstanbuldan fəlakət zonasına yollanıb- FOTO

160 axtarış-xilasetmə qrupu İstanbuldan Türkiyənin zəlzələdən zərər çəkmiş əyalətlərindəki fəlakət zonasına doğru hərəkət edib.

Azpost.info xəbər verir ki, xilasedicilər daha sonra Adanaya transfer olmaq üçün Sabiha Gökçen Hava Limanına gedib, oradan da fəlakət bölgələrinə paylanacaqlar.

Xilasedicilərlə birlikdə humanitar yardım da göndərilib.

Humanitar əməliyyatlarda Türkiyə Hökumətinin Fəlakətlərin İdarə Edilməsi və Qarşısının Alınması İdarəsi (AFAD) ilə koordinasiyalı fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının qrupları da iştirak edəcək.

Təyyarələrdən birində “Anadolu” agentliyinin xilasetmə əməliyyatlarını işıqlandıracaq əməkdaşları da var.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə yardım göndərəcək

Sonrakı məqalə

“Jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilər”