Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayan 21 yaşlı Pərvanə Məmmədova polis tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri ilə tapılaraq ailəsinə təhvil verilib.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidmətinin nümayəndəsi Elşad Hacıyev məlumat verib.
Qeyd edək ki, paytaxtın Nəsimi rayonunda yaşayan 21 yaşlı Pərvanə Məmmədova 2021-ci il dekabrın 28-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.