20 yanvar qırğınını törədən sovet ordusunun Baş Qərargah rəisi ölüb

SSRİ Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı Mixail Moiseyev 84 yaşında vəfat edib.

Bu barədə Rusiya Federasiyasının Hərbi Rəislər Klubunun saytında məlumat verilib.

Qeyd edək ki, Moiseyev 1990-cı ilin 20 yanvarında Bakıda Sovet qoşunlarının törətdiyi qırğınlar zamanı SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində olub. O, bu vəzifəyə 1988-ci il dekabrın 14-də təyin olunub və 1991-ci ilin 22 avqustuna qədər çalışıb. Həmin ilin avqustun 23-də SSRİ-nin Müdafiə Naziri təyin olunub.

Əvvəlki məqalə

Hər şey ən xırda detalına qədər görünür:

Sonrakı məqalə

Azərbaycanda daha 72 nəfər COVID-19-a yoluxub