200-dən çox idmançı Rusiya bayrağından imtina edib- İdman vətəndaşlığını dəyişiblər

Rusiyanın Ukraynada başlatdığı müharibə minlərlə rusiyalı idmançını beynəlxalq yarışlarda iştirak etmək hüququndan məhrum edib.

Azpost.info xəbər verir ki, “Xolod”  hesablayıb ki, bununla yanaşı, ən azı 204 rusiyalı idmançı 2022-2023-cü illər arasında idman vətəndaşlığını dəyişib.

Bu siyahıya tanınmış peşəkarlar (Avropa və dünya çempionları) və karyerasına yeni başlayan çox gənc idmançılar daxildir.

200-dən çox idmançı arasında şahmatçılar çoxluq təşkil edir. Onların arasında Rusiya şahmat tarixinin ən uğurlu idmançılarından biri olan Aleksandra Kostenyuk da var: qrossmeyster, qadınlar arasında 12-ci dünya şahmat çempionu, ikiqat Rusiya çempionu, Avropa çempionu, milli yarışlar çərçivəsində Dünya Şahmat Olimpiadalarının üçqat qalibidi. O, bundan sonra İsveçrəni təmsil edəcək.

Azpost.info

Əvvəlki məqalə

“Günay Bank” fəaliyyətini yeni ünvanda davam etdirəcək

Sonrakı məqalə

Sabah hava necə olacaq?