“2008-ci ildə gürcü xalqının vahidliyi, ordunun qəhrəmanlığı və böyük beynəlxalq dəstək Putinə strateji məqsədlərinə çatmasına imkan vermədi”.
Azpost.info bildirir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili 15 il əvvəl baş vermiş Rusiya-Gürcüstan müharibəsi barədə yazarkən bildirib.
Onun sözlərinə görə, Rusiyanın 58-ci ordusu və Baş Kəşfiyyat İdarəsinin hissələri may ayından etibarən Moskvada Gürcüstana müdaxiləyə hazırlaşırdılar.
“Əgər Gürcüstan ordusu Qupti körüpsünü və Sxinvalidəki Rok tunelində atəş nöqtələrini tutmasaydı rus ordusu osetin yaraqlıları ilə birgə nəzarətimizdə olan vadini tam təmizləyəcəkdilər. Tiflisdəki “beşinci kolon” şaiyə yayırdı ki, biz öz əhalimizi atıb qaçmışıq. Tiflisdə qarmaqarışıqlı başlayacaqdı, osetin yaraqlıları isə guya “qiyamçılara” kömək üçün gələcəkdilər. Bununla da hakimiyyət dəyişəcəkdi və dünya da nə baş verdiyini anlamayacaqdı. Ordumuzun 5 günlük müqaviməti bizə lazımi səfərbəriyi həyata keçirməyə və dünyanın dəstəyini almaq üçün imkan verdi”-deyə o vurğulayıb.
Saakaşvili deyib ki, həmin günlərdə Qərbdən olan dostlar ona Tiflisi tərk etməyi təklif ediblər: “Mən bu qərarı qəbul etsəydim Əfqanıstanda 2021-ci ildə baş verənlər Gürcüstanda olacaqdı. Panika başlayacaqdı, dövlət aparatı dağılacaqdı və 6 Avropa dövləti lideri Tiflisə gəlməyəcəkdi”.
Sabiq prezident deyib ki, bu baş versəydi Rusiya bütün Gürcüstanı işğal edəcəkdi, hökuməti, ölkənin statusunu və simvollarını dəyişdirəcəkdi. Amma Putin xalqın vahidliyi, ordununn qəhrəmanlığı sayəsində strateji məqsədinə nail ola bilmədi.
Saakaşvili deyib ki, Moskva silahla əldə edə bilmədiyi bir çox niyyətini 2012-ci ildə seçki ilə reallaşdırdı. “Mənim biabırçı əsirliyim bu nəticələrdən biridir”.
Azpost.info