“2023-cü il Rusiya iqtisadiyyatı üçün çətin olacaq”– Rusiyalı milyarder

“2023-cü il Rusiya iqtisadiyyatı üçün çətin olacaq”.

Azpost.info xəbər verir ki, bunu rusiyalı milyarder, AFK “Sistema”nın ən böyük səhmdarı Vladimir Yevtuşenkov deyib.

Onun sözlərinə görə, Rusiyada müəyyən iqtisadi artım 2024-cü ildə başlayacaq və 2023 çətin keçəcək.

Milyarder hazırda işgüzar əlaqələr və proseslərin yeni şəraitə uyğunlaşdırıldığını da bildirib: “Bu restrukturizasiya daha çox vaxt aparacaq. Çünki yeni əlaqələr qurmaq, açıq desək, əvvəllər yalnız xəritədə olduqlarını bildiyimiz ölkələrlə əlaqələr qurmaq çox çətin məsələlərdir”.

Yevtuşenkovun sözlərinə görə, ölkə iqtisadiyyatı üçün əsas problem texnoloji gerilik riskidir: “Ölkə bunu nə bu gün, nə sabah, nə də iki ildən sonra hiss edə bilər. Adətən, texnoloji geriləmə beş-yeddi il və ya daha çox müddətə təsir edir”.

Azpost.info

Əvvəlki məqalə

“Vladimir Putini Xruşşovla müqayisə etmək yersizdir”

Sonrakı məqalə

Kabel telekanallarında DÇ-nin yayımı niyə dayanıb?