2100-cü ilə qədər Yer kürəsini ölümcül istilər bürüyəcək

Alimlər 2100-cü ilə qədər Yer kürəsini bürüyəcək ölümcül istilər barədə xəbərdarlıq edirlər.

Azpost.info bildirir ki, bu barədə “Nature” nəşri məlumat yayıb.

Yer səthinin temperaturu 2100-cü ilə qədər sənayedən əvvəlki dövrlə müqayisədə 2,7 °C yüksələcək. Bu da 2 milyarddan çox insanı, yəni Yer kürəsinin proqnozlaşdırılan əhalisinin 22%-ni komfort iqlim zonasından kənara çıxaracaq.

Ölümcül istilərlə ilk qarşılaşacaq ölkələr arasında Hindistan, Nigeriya, İndoneziya, Filippin və Pakistan yer alacaq.

“Bu, planetimizin yaşayış imkanlarında əsaslı dəyişiklikdir. Belə istilər insanların yaşadığı Yer səthinin genişmiqyaslı transformasiyasına səbəb ola bilər”, – deyə Ekseter Universitetinin Qlobal Sistemlər İnstitutunun direktoru Tim Lenton bildirib.

“Təhlükəli istilik” dəyərinin həddi təqribən 29-a yaxın orta illik temperaturdur. Alimlərin araşdırmaları göstərir ki, bu səviyyədə və hətta ondan yuxarı yüksək temperatur ölüm və yoluxucu xəstəliklərin artmasına, əmək məhsuldarlığının azalmasına səbəb olur.

Bu günə qədər elm adamları 1,2 ° C-dən bir qədər aşağı istiləşməni qeydə alıblar. Son səkkiz il isə ən isti illər olaraq rekord vurub. Qeyd etmək lazımdır ki, hətta temperaturun belə artması artıq ciddi nəticələrə -uzun sürən quraqlıq və meşə yanğınlarına gətirib çıxarır.

“Hər 0,1°C temperaturun indiki səviyyədən yuxarı qalxması ilə təxminən 140 milyon insan daha təhlükəli istilərə məruz qalacaq”, – alimlər vurğulayıblar.

Bundan əvvəl beynəlxalq alimlər qrupu bu əsrin sonuna qədər Antarktidada heyvanların 97%-nin ölə biləcəyini bildirmişdi. Bunun səbəbi istixana qazıdır: Onlar istixana effekti yaradır, buna görə də yer kürəsində qlobal istiləşmə baş verə bilər.

Azpost.info

Əvvəlki məqalə

“Ermənistan çoxsaylı hərbi cinayətlər törədib” –

Sonrakı məqalə

Moskva Ukrayna münaqişəsinin dondurulması ehtimalını rədd edib