“Facebook” sosial şəbəkəsinin 267,140 mln istifadəçisinin şəxsi məlumatları 2 həftə müddətində internetdə təhlükəsizlik divarı olmayan mühitdə yayımlanıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə kibertəhlükəsizlik şirkəti “Comparitech” məlumat verib.
Kibertəhlükəsizlik şirkətinin araşdırmasına görə, şəxsi məlumatlar saxlandığı informasiya bazasının izinə Vyetnamda rast gəlinib. Ancaq istifadəçi məlumatlarının “Facebook”un məlumat bazasından necə kopyalandığını müəyyənləşdirə bilmədiklərini bildiriblər.
Xatırladaq ki, “Kembric Analitika Şirkəti” 2018-ci ildə “Facebook”un 400 milyondan çox istifadəçisinin məlumatlarını icazəsiz istifadə etməsi böyük narazılıq yaratmışdı.