267 milyon “Facebook” istifadəçisinin şəxsi məlumatları oğurlanıb

“Facebook” sosial şəbəkəsinin 267,140 mln istifadəçisinin şəxsi məlumatları 2 həftə müddətində internetdə təhlükəsizlik divarı olmayan mühitdə yayımlanıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə kibertəhlükəsizlik şirkəti “Comparitech” məlumat verib.

Kibertəhlükəsizlik şirkətinin araşdırmasına görə, şəxsi məlumatlar saxlandığı informasiya bazasının izinə Vyetnamda rast gəlinib. Ancaq istifadəçi məlumatlarının “Facebook”un məlumat bazasından necə kopyalandığını müəyyənləşdirə bilmədiklərini bildiriblər.

Xatırladaq ki, “Kembric Analitika Şirkəti” 2018-ci ildə “Facebook”un 400 milyondan çox istifadəçisinin məlumatlarını icazəsiz istifadə etməsi böyük narazılıq yaratmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xalq rəssamı Cəmil Müfidzadə vəfat edib

Sonrakı məqalə

Azərbaycan idmançıları antidopinq qaydalarını pozubmu?