3 yaşlı uşağı döyən müəllimənin adı məlum olub –

Polis bağçada araşdırma aparır (DİN)
14 Yanvar 2022 - 10:23
“İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır”.
Azpost.info bildirir ki, bu sözləri DİN mətbuat xidmətinin nümayəndəsi Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, 3 yaşlı usağı vuran bağçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var.
Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək.
Xatırladaq ki, dünən sosial şəbəkələrdə yayılmış videogörüntülərdə bağça müəlliməsi tərəfindən körpəyə qarşı zoraklılıq əks olunub.
Video sosial şəbəkədə ciddi etiraz doğurub.