31 il əvvəl Marqaret Tetçeri Bakıda Qız Qalasına kim aparıb? –FOTOXRONİKA

Azpost.info “Fotoxronika” layihəsi çərçivəsində bu fotonu təqdim edir.

1992-ci ildə Britaniyanın sabiq Baş naziri Marqaret Tetçer neft danışıqlarında lobbiçilik etmək üçün Azərbaycana səfər edib.

Səfər zamanı Tetçer prezident Elçibəylə, Milli Məclisin sədri İsa Qəmbərlə və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Sabit Bağırovla görüşüb.

Bakı şəhərinin görməli yerlərinə baxıb.

FOTO:  Bakı. Sentyabr. 1992-ci il.

Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu, Prezidentin mətbuat katibi Nəcəf Nəcəfov və görkəmli pianoçumuz Fərhad Bədəlbəyli Marqaret Tetçerlə Qız qalasında.

Tetçer Britaniyanın “Britiş Petrolium” (BP) şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında ilk neft sazişin ilə bağlı Memorandumun imzalanma mərasimində iştirak edib. Sazişi BP-nin prezidenti Braun və ARDNŞ-in prezidenti Sabit Bağırov imzalayıb.

Bir neçə il əvvəl SOCAR-ın sabiq prezidenti Sabit Bağırov Strateq.az-a müsahibəsində deyib ki, xanım Tetçer 1992-ci ildə Bakıya gələndə BP-nin arzuladığı 2 memorandum – həm “Çıraq”, həm də “Şahdəniz” üzrə imzalanıb.

SOCAR-ın sabiq rəhbəri qeyd edib ki, Bakı Britaniya ilə deyil, BP ilə danışıqlar aparırdı: “Özü də tək BP ilə deyil. O zaman xarici şirkətlər Konsorsiumunda aparıcı rol ABŞ-ın AMOKO şirkətində idi. Ümumiyyətlə Konsorsiumun bütün üzvləri ilə danışıqlar gedirdi. Ekspertlər səviyyəsində də böyük iş gedirdi. ARDNŞ-nin bir çox mütəxəssisi müzakirələrdə iştirak edirdi”.

 

Əvvəlki məqalə

“Doğrudur ölkəmiz idxaldan asılıdır, amma….” –

Sonrakı məqalə

“Sanksiyalara görə Rusiya neftdən sutkada 170 milyon dollar itirir”