35 saylı Xətai üçüncü seçki dairəsinin sədri istefa verdi, qospitala aparıldı –"Ürəyimdə ciddi problemlər var"

C

35 saylı Xətai üçüncü seçki dairəsinin sədri istefa verib.

Azpost.info bildirir ki, bu barədə həmin dairədən deputatlığa namizəd olan Ümid partiyasının sədri İqbal Ağazadə məlumat verib.

İstefanın səbəbi hələki məlum deyil.

35 saylı dairə son günlər ən çox müzakirə olunan dairəyə çevrilib. Burada iki əsas namizəd –İqbal Ağazadə və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu mübarizə aparır.

***

Xətai rayonu 35 saylı üçüncü dairə seçki komissiyasının sədri İmran Hüseynəliyev tutduğu vəzifədən istefasına səhhətində yaranan ciddi problemlər  səbəb olub.  İ. Hüseynəliyev  səhhəti ilə bağlı hospitala yerləşdirilib.
İ.Hüseynəliyev Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib və işdən çıxmaqla bağlı ərizə yazmasını belə əsaslandırıb: “Hazırda Daxili İşlər Nazirliyinin hospitalındayam. Ürəyimdə ciddi problemlər var və bu vəziyyətdə  fəaliyyət göstərə bilməyəcəyimi görüb işdən çıxmaq məcburiyyətində qaldım.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İdlibdən 400 minə yaxın sakin Türkiyə sərhədinə doğru yola çıxıb” –

Sonrakı məqalə

Sabirabadda dializ böhranı-