50 il əvvəl olan Bakı toyundan maraqlı görüntülər –Avtandil İsrafilov, Vəli Qədimovun idarə etdiyi məclis /VİDEO

Sosial şəbəkədə 50 il əvvəl Bakı kəndlərində çəkilmiş toy mərasimindən görüntülər maraqlar qarşılanıb. 

Azpost.info bildirir ki, 1973-cü ilin sentyabrında Bakının Əmircan kəndində olan toy sovet istehsalı olan kinokamera ilə çəkilib. Kadrlarda Azərbaycan musiqi sənətinin məşhur şənətçilərini görmək olur.

Toyda oxuyan Rövşən Behcət olub. Klarnetdə ifa edən xalq artisti Vəli Qədimov, qarmonda Aftandil İsrafilovdur.

50 il əvvəl ailə qurmuş bu şəxs sentyabrda “qızıl toy”unu qeyd edib.

Tanınmış müğənni olan Rövşən Behcət 1969–1993-cü illərdə Gəncədə Fikrət Əmirov adına “Göy göl” mahnı və rəqs ansamblının solisti olub. Əslən İrandan, Cənubi Azərbaycandan olan R.Behcət 1984-cü ildə SSRİ vətəndaşlığını qəbul edib.

Rövşən Behcət uzun sürən xəstəlikdən sonra 2011-ci ilin avqust ayının 19-da dünyasını dəyişib.

Xalq artisti, mahir klarnet ifaçısı olmuş Vəli Qədimov 1970-ci ildə Baba Salahovun, 1983-cü ildə xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist olub. 1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adlarını alıb.

V. Qədimov uzun sürən xəstəlikdən sonra 2009-cu il aprelin 15-də 68 yaşında vəfat edib.

Mahir qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti Avtandil İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış “Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi 100-ə qədər musiqi havasının müəllifidir

2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb.

O, 29 aprel 2023-cü il tarixində vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

 

 

 

Əvvəlki məqalə

Rusiya BMT-dən partladılmış “Şimal axını” ilə bağlı iclas keçirməyi tələb edib

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri