55 Şeyx və təriqət başçısı müsəlmanları Ərdoğana səs verməyə çağırdı –BƏYANAT

Türkiyədə Prezident seçkilərinə iki gün qalmış xaricdəki şeyxlər və təriqətlər birgə bəyanatla çıxış ediblər.

Azpost.info bildirir ki, “Müsəlman Qardaşları” təşkilatına bağlı olan “Dünya Müsəlman Alimləri Birliyi”nin rəhbəri və Liviya müftisi də daxil olmaqla 55 şeyx müsəlmanları prezident Ərdoğana və AKP-yə seçkilərdə dəstəkləməyə dəvət edib.

Yaydıqları açıqlamada dini liderlər bildirir ki, Ərdoğanın dövründə Türkiyə G-20 ölkələri arasında yer alıb, elektromobil və pilotsuz uçuş aparatlarının istehsalına nail olub. Dini rəhbərlər müxalifətin Türkiyə və İslam dünyasının düşmənlərindən dəstək aldığı iddia ediblər.

“Türkiyənin prezident Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasətin müsəlmanlara çox fayda verdiyi hər bir izləyiciyə məlumdur. O, hicab və digər məsələləri həll etdi,  onun zamanında məscidlərin və Quran hafizlərinin sayı artdı. Türkiyə beynəlxalq arenada güclü bir aktora çevrildi və G-20-yə daxil oldu. Türkiyə özünün elektrik avtomobili, zirehli texnikası, təyyarədaşıyıcısı və pilotsuz uçan aparatları istehsal etməklə, səhiyyə sahəsində inkişafa nail olub. Qarşı tərəf (müxalifət) Türkiyə və İslam dünyasının düşmənlərindən aldığı dəstəyi gizlətmir.

Bu seçkilərdə səsvermə hüququ olan müsəlmanlar Ərdoğanın və onun partiyasının və onun islahat layihəsinin lehinə səs verməlidir. Bu haqqı olmayan müsəlmanlar isə Türkiyədəki qardaşlarına maddi, media, siyasi və digər məsələlərdə bacardıqları qədər dəstək olub, Allaha dua etməlidirlər“-deyə Bəyanatda bildirlir.

Əvvəlki məqalə

Ağstafada Şəhid hərbçimizlə vida mərasimi keçirilir – FOTO

Sonrakı məqalə

Azərbaycan hərbçiləri Aralıq dənizində sualtı axtarış təlimində iştirak edib