“2020-2022-ci illər üzrə əlillik müddəti uzadılan şəxslər üzrə 60 minə qədər şəxsə əlillik yenidən təyin edilib”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Nazir müavini bildirib ki, 5 illik müddət bitəndən sonra əlillik təkrar qiymətləndirilməlidir: “Nazirliyin təşəbbüsü ilə hazırlanmış və Milli Məclis tərəfindən təsdiq olunan qanuna görə əlillik təyinatı yenidən olana qədər müddət ərzində vəsait verilir. Ötən müddət ərzində 12 min əlillik təyinatı üzrə bu müddəa tətbiq edilib və ödənişlər həmin şəxslərə təqdim olunub”. (APA)