“600-ə yaxın yaralı “Azovstal”da pis, antisanitar şəraitdə, dərmansız, susuz və qidasız qalır. Onların çoxunun vəziyyəti ağırdır”.
Azpost.info xəbər verir ki, bunu Donetsk vilayəti üzrə Baş Polis İdarəsinin nümayəndəsi bildirib.
“Yaralılara gəlincə, durum çox acınacaqlıdır. Onların sayı 600-ə yaxındır. Vəziyyətləri sadəcə olaraq dəhşətlidir. Fotoları sosial şəbəkələrdə görmüsünüz. Nəhəng idman zalı, onlarla çarpayı var, qalanları da yerdə uzanıb. Əşyalar, əzaları olmayan döyüşçülər…Bəzilərinin qolları, bəzilərinin ayaqları yoxdur. Bəziləri sadəcə yaralıdır. Tam antisanitar şərait – istidir, milçəklər, ağrı səsləri, dəhşətli bir qoxu…”.
Polis əlavə edib ki, içəridə heç bir dərman və tibbi alət yoxdur: “Bombalamalardan sonra əməliyyat otağı sadəcə divara söykənən masadır. Mayın 14-də orada yaralını anesteziya olmadan əməliyyat ediblər”.
O əlavə edib ki, çoxlu sayda ağır yaralananlar tibbi yardım göstərilmədiyi üçün ölür.
Azpost.info