“7 ildən yuxarı olan avtomobillərin idxalına məhdudiyyət qoyulsun!”

- DGK-dan təklif
26 Noyabr 2019 - 16:27

“Nəqliyyat vasitələrinin idxalında tətbiq olunan gömrük rüsumların endirilməsi məsələsi Dövlət Gömrük Komitəsinin (DGK) səlahiyyətində deyil, lakin əgər belə bir təklif daxil olarsa biz buna etiraz etmərik”.

“APA-Economics”in məlumatına görə, bunu “2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr” mövzusunda təşkil olunan mətbuat konfransında DGK-nin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, Komitə tərəfindən təklif edilib ki, 7 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə məhdudiyyət qoyulsun: “Həm ekoloji tarazlıq, həm də insanların sağlamlığını düşünərək bu cür təkliflə çıxış etmişik”, – deyə S. Mehdiyev qeyd edib.