Qırğızıstan prezidenti Sadır Japarov bu il mayın 9-da Qələbə bayramını qeyd etmək üçün Moskvaya səfər edəcək yeganə xarici ölkə lideri olacaq.
Azpost.info xəbər verir ki, bu barədə “Vedomosti” diplomatik mənbəyə istinadən yazıb.
Mənbənin sözlərinə görə, Japarov bayram şənliklərində iştirak edəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov digər ölkələrin liderlərinin gəlib-gəlməyəcəyi ilə bağlı sorğuya cavab verməyib.
Japarovu Rusiyaya səfərə hökumətdə beynəlxalq əlaqələrə cavabdeh olan Baş nazirin müavini Aleksey Overçuk dəvət edib.
“8-9 may tarixlərində rəsmi səfərinizi gözləyirik. Bu səfərin ən mühüm ümumi bayramımızın – Qələbə Gününün qeyd olunması ilə üst-üstə düşməsi xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə, biz Qırğızıstanın bu qələbəyə və Moskvanın müdafiəsinə verdiyi töhfəni həmişə xatırlayırıq, bu, bizim üçün müqəddəsdir”, – Overçuk martın 31-də Qırğızıstan prezidenti ilə görüşdə deyib.
Ukraynada müharibə başlayandan bəri Qələbə Günü paradında heç bir xarici lider olmayıb. Kreml bunu onunla əsaslandırıb ki, bu tarix yubiley deyil. Eyni səbəbdən 2021-ci ildə də Moskvada qonaq olmayıb.
Bundan əvvəl dünyanın aparıcı dövlətlərinin rəhbərləri mayın 9-da Moskvaya paradlara gəlmişdilər: ABŞ prezidenti, Böyük Britaniyanın Baş naziri, Fransa prezidenti, Çin lideri, Almaniya kansleri, BMT Baş katibi, hətta NATO Baş katibi.
Bu il Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümü qeyd olunacaq. Rusiyanın 28 şəhərində hərbi paradların keçiriləcək. Qırmızı Meydandakı paradda 10 mindən çox insanın iştirak edəcəyi gözlənilir.
Azpost.info