9 min ölü, 15 min yaralı- BMT mülki ukraynalılar arasında qurbanların sayını AÇIQLADI

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri 8791 mülki şəxs həlak olub, 14815 mülki şəxs yaralanıb.

Azpost.info xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yeni hesabatında bildirilir.

Hesabata görə, 3977 kişi, 2367 qadın və 488 uşağın ölümü təsdiqlənib.

Göstərilən müddətdə ölən 1928 böyük və 31 uşağın cinsiyyətini müəyyən etmək mümkün olmayıb. Bu müddətdə 4088 kişi, 2730 qadın və 742 uşaq xəsarət alıb.

Qurum hesab edir ki, qurbanların sayı əhəmiyyətli dərəcədə yüksəkdir, çünki bəzi yerlərdə mülki əhalinin öldüyü və ya yaralandığı iddia edilən bir çox hesabat hələ də təsdiqlənməyi gözləyir. Belə yaşayış məntəqələrinə Mariupol (Donetsk vilayəti), Lisiçansk, Popasna və Severodonetsk (Luqansk vilayəti) daxildir.

Azpost.info

Əvvəlki məqalə

İmran Xanın həbsindən sonra Pakistanda etiraz aksiyaları başlanıb

Sonrakı məqalə

“MDB liderlərinin Moskvaya gəlməsi Ukrayna xalqına qarşı hörmətsizlikdir”